Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir - ÜST

10:52 23.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əldə edilmiş məlumatlara əsasən 18 yaşına çatmamış uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi qeydə alınmış yoluxma hallarının 8.5 %-ni təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən hafta.az-a verilən məlumata görə, uşaqlar arasında koronavirusdan ölüm halları daha az müşahidə edilir.

Uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Lakin onlar arasında xəstəliyi kritik keçirənlər də qeydə alınıb.

Oxunma sayı 450
Siyasət rubrikasından digər xəbərlər