Uşaqların növbəti il üçün sinifdə qalması nəzərdə tutulmur - Nazirlik

11:41 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Uşaqların növbəti il üçün sinifdə qalması nəzərdə tutulmur.

Hafta.az-ın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, təhsil onlayn qaydada davam etdirildiyindən, şagirdlərin növbəti il üçün eyni sinfi təkrar oxumasına ehtiyac yoxdur.

O həmçinin əlavə edib ki, əyani olmasa belə, müəllimlərin istənilən vasitə ilə şagirdlərə dərs keçmək istəyi təqdirəlayiqdir:

“Vəziyyət bizi buna məcbur edir. Ona görə düşünürəm ki, qarşıdakı vaxtlarda bu məsələlər öz həllini tapacaq”.

Oxunma sayı 552
Siyasət rubrikasından digər xəbərlər