ÜST ekspertləri İrana gələcək

18:30 26.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda koronavirusla bağlı mövcud vəziyyətə görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri həftəsonu bu ölkəyə gələrək dəstək göstərəcəklər.

Hafta.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus 19-26 fevral tarixlərində Çində olan Təşkilatın missiya üzvləri ilə görüşü zamanı bildirib.

Xatırladaq ki, İranda koronavirusa yoluxanlar 139 nəfərə, ölənlər 19 nəfərə çatıb.