ÜST yeni pandemiyaya hazır olmağa çağırıb

17:47 16.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyəti yeni pandemiyaya hazır olmağa çağırıb.

Hafta.az-ın məlumatına görə, ÜST bu barədə BMT-nin 75-ci Baş Assambleyasında bəyan etmək niyyətindədir.

Təşkilat yaydığı bəyanatda bildirib ki, COVİD-19 pandemiyası dünyanın bu cür xəstəliklərlə faciəvi şəkildə hazırlıqsız olduğunu göstərdi:

“Biz hamımız birlikdə növbəti pandemiyaya hazırlaşmalıyıq. Çoxsaylı əlamətlərə və xəbərdarlıqlara baxmayaraq, dünya bu vəziyyətə hazırlıqsız olduğunu göstərdi”.

Qeyd edək ki, bu günədək dünyada 29,7 milyondan çox şəxs koronavirusa yoluxub. Onlardan 21,5 milyondan çoxu sağalıb, 939 967 min nəfər ölüb.

Oxunma sayı 2278