Vahid Ələkbərovun oğlu Rusiyanın ən zəngin varisidir

19:15 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Forbes”in siyahısına görə bu ölkənin ən zəngin varisi hesab edilib.

Yusif Ələkbərova çatacaq varidat 18 milyard ABŞ dolları həcmindədir.

“Forbes”in ardıcıl olaraq 5 dəfədir dərc etdiyi bu siyahıda hər dəfə “LUKoil” rəhbərinin oğlu birinci olub.

Həmçinin bu dəfəki siyahıda üçüncü pillədə də "Ural Metal Filiz" şirkətinin (UMMC) baş səhmdarı İsgəndər Mahmudovun oğlu qərarlaşıb. Bu gəncə çatacaq varidatın həcmi 9 milyard ABŞ dollarıdır.

Builki siyahıda dağıstanlı senator Süleyman Kərimovun da oğlu və iki qızı var.

Oxunma sayı 225