Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah

18:16 03.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çimərliklərdə hansısa əyləncəli tədbirlərin, oyunların təşkili qadağandır.

Hafta.az-ın məlumatına görə bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiayalar üzrə Dövlət Agentliyinin ("ASAN" xidmət) sədri Ülvi Mehdiyev bildirib.

Ü.Mehdiyev qeyd edib ki, vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur:

"Siyahıda olmayan çimərliyə gedən vətəndaşlar bilməlidirlər ki, həmin çimərlikdə hansıaa dezinfeksiya tədbirləri həyata keçirilyib. Yəni insanlar bu riski nəzərə almalıdırlar".

Oxunma sayı 1027
Gündəm rubrikasından digər xəbərlər