Vilayət Eyvazov yeni polis rəisi təyin etdi

15:44 21.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan polis şöbəsinə rəis təyinatı olub.

Hafta.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt Şəhər Polis şöbəsinin rəis müavini işləmiş polkovnik Nəzər Əsgərov Salyan rayon polis şöbəsinin rəisi təyin olunub.

Bundan əvvəl Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləmiş polis polkovniki Cəbrayıl Vəliyev  Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Gündəm rubrikasından digər xəbərlər