Xaçmaz polisi 174 aztəminatlı ailəyə bayram sovqatları paylayıb 

15:51 01.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan şəhid ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan ümumilikdə 174 aztəminatlı ailəyə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən sevinclə qarşılanıb, onlar diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər.

Oxunma sayı 1283
Sosial rubrikasından digər xəbərlər