Xətai rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub

14:39 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Xətai rayonunda soyğunçuluqla və oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, sentyabrın 18-də Xətai rayonunda C.Süleymanova qarşı zor tətbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini R.Piriyevin 550 manat dəyərində olan avtomobil ehtiyat hissələrini, içərisində 1300 manat məbləğində pul və qızıl-zinət əşyası olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Şahverdiyev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 321