Xətaidə yol qəzası

17:36 26.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonunun G.Mehmandarov küçəsində piyadanın ölümü ilə nəticələnən YNH-ni törətməkdə şübhəli bilinən sürücü B.Babayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev saxlanılıb.