Xırdalanda yanğın baş verib

14:29 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalanda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

Oxunma sayı 2825