Yaponiya 20 ölkəyə koronavirusa görə dərman təhvil verəcək

13:58 07.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiya hökuməti BMT-nin vasitəçiliyi ilə 20 ölkəyə qrip əleyhinə “Favipiravir” preparatı yollayacaq.

Hafta.az-ın məlumatına görə, bunu Yaponiyanın Xarici işlər naziri Tosimitsu Motegi deyib.

O bildirib ki, həmin preparat koronavirus xəstələrinin müalicəsi üçün istifadə oluna bilər.

Nazir dərman alacaq ölkələr arasında İndoneziya, İran, Myanma və Çexiya kimi dövlətlərin olduğunu deyib.

Qeyd edək ki, “Favipiravir” preparatı Yaponiyanın “Fujifilm Holdings” şirkəti tərəfindən hazırlanıb. Dərman yan təsirlərinə görə açıq bazarda satılmasa da, Yaponiya hökuməti onu qrip epidmiyası yaranacağı təqdirdə ehtiyatda saxlayırdı. “Favirapiravir”, həmçinin Ebola ilə mübarizədə səmərəli şəkildə istifadə olunub.

Mütəxəssislərin sözlərinə görə, hazırda mövcud olan “Favirapiravir” ehtiyatları 2 milyon insanın qripdən, 700 min nəfərin koronavirusdan müalicəsinə kifayət edə bilər.

Oxunma sayı 168
Dünya rubrikasından digər xəbərlər