Yaponiya Səfirliyindən sənəd qəbulu ilə bağlı bildiriş

14:30 16.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Elmi tədqiqat üzrə Yaponiya Dövlət Təqaüd Proqramı ilə maraqlanan şəxslərə, Yaponiyanın ölkəmizdəki Səfirliyindən xəbər var.

Hafta.az-ın yazdığına görə, Səfirlik bildirir ki, bu ilki Elmi Tədqiqat Proqramına sənəd qəbulu ilə bağlı səfirliyə çoxsaylı suallar daxil olub. Ona görə də Səfirlik suallara cavab olaraq sənəd qəbulu üsulu haqqında qeydlərini bölüşüb.

Sənədlər yalnız online şəkildə, mail vasitəsilə qəbul olunacaq. Bütün sənədləri skan edərək səfirliyin [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi isə 2 oktyabrdır.

Qeyd olunur ki, mailin həcmi 10 MB-dan çox olarsa, sənədlər bir neçə mailə bölünərək, həm də mümkün qədər PDF formatında göndərilməlidir. 

Bundan əlavə, bildirilir ki, müraciət sənədləri qəbul olunduqdan sonra səfirlikdən şəxslərə təsdiq maili göndərilir. Əgər 3 iş günü ərzində təsdiq maili göndərilməzsə, bu o deməkdir ki, Səfirlik maili almayıb. Odur ki, yenidən əlaqə saxlayaraq sənədlər göndərilməlidir.

Sonda bildirilir ki, əgər hər hansı sual yaranarsa, vətəndaşlar Səfirliyin mail ünvanına yaza və ya Facebook mesaj hissəsində qeyd edə bilərlər.

Oxunma sayı 2290