Yardımlıda 966 hektardan çox sahənin taxılı biçilib 

13:25 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yardımlı rayonunun taxıl sahələrində məhsul yığımı kampaniyası davam edir. İndiyədək 966 hektardan çox sahənin taxılı biçilib. Bunun 825 hektarını buğda sahələri təşkil edir.

Hafta.az xəbər verir ki, Yardımlı rayonunda bu ilin məhsulu üçün 3579,5 hektar sahədə dənli bitkilər əkilib. Bunun 3186,7 hektarı buğda, 224,3 hektarı arpa, 168 hektarı isə sair dənli bitkilərdir. İndiyədək taxıl sahələrinin 26,9 faizində biçin işləri başa çatıb. Orta hesabla taxıl sahələrinin hər hektardan 22,1 sentner məhsul götürülüb.

Hazırda taxıl yığımı məhsulun vegetasiya dövrünə uyğun olaraq rayonun dağətəyi ərazilərində növbəlilik prinsipi ilə aparılır.

Oxunma sayı 651