“YAŞAT” fonduna toplanan vəsaitin məbləği açıqlandı

17:49 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 27 milyon manatı ötüb.

Hafta.az-ın xəbərinə görə, Fonda toplanan vəsait 27 476 577.35 manatdır. Həmin vəsaitdən 16 400 866.8 manatı fiziki şəxslər, 11 075 710.55 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 468 655.53 manatı xərclənib. Vəsaitin qalığı isə 26 007 921.82 manatdır. 

 Qeyd edək ki, “YAŞAT" Fondu Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərman əsasında yaradılıb.

Oxunma sayı 230
Gündəm rubrikasından digər xəbərlər