Yeni Günəşlidə ağaclar yandırılır - FOTO-VİDEO

14:01 03.07.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB masssivində 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının aşağı tərəfində “Qum və sement bazarı”nın yaxınlığında yaşıllıq olan ərazidə yanğın hadisəsi baş verib. Ərazidən quru alaq otlarını təmizləmək və ağacları sulamaq əvəzinə hər il beləcə od vurub yandırırlar. Bir tərəfdən yaşıllıqlar tələf olur, digər tərəfdən isə ekoloji baxımdan hava çirklənir.

Bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə məlumat verdik.

RİH-dən “Həftə içi”nə bildirdilər ki, bu haqda tədbir görülməsi üçün Qaraçuxur Qəsəbə Nümayəndəliyinə məlumat verəcəyik. Suraxanı rayonu Qaraçuxur Qəsəbə Nümayəndəsi ilə də əlaqə saxladıq. Nümayəndə Vilayət Əmirovun yanğından xəbəri olmadığını və tədbirin görüləcəyini söylədi.

Oxunma sayı 3145