Yeni Zelandiyada zəlzələ olub

12:10 26.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, zəlzələ ölkə paytaxtı Vellinqtondan 30 kilometr şimalda olan kiçik Levin şəhərciyində baş verib.

Təsiri paytaxta hiss edilən yeraltı təkanların ocağı 33 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Oxunma sayı 1191