Yer kürəsinin yeni təbii peyki kəşf edildi

18:14 26.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"2020 CD3" kiçik asteroidi müvəqqəti olaraq Yer kürəsinin ikinci təbii peykinə çevrilib.

Hafta.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Smitson Astrofizika Rəsədxanasının Kiçik Planetlər Mərkəzinin məlumatında bildirilir.

“Orbitlərin uzlaşmasına görə həmin cisim Yer kürəsinə müvəqqəti bağlanıb. Günəş işığının təzyiqi ilə bağlı hər hansı sapma əlamətləri, habelə məlum olan süni obyektlə əlaqəsi aşkarlanmayıb”, - deyilən açıqlamada asteroidin diametrinin 1-6 metr olduğu qeyd olunub.