Yoluxma hallarının daha çox rast gəlindiyi ərazilər açıqlanıb

18:26 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə koronavirusa yoluxma hallarının 47,2 faizi Bakıda, 12,8 faizi Gəncə-Qazax bölgəsində, 10,8 faizi Aran rayonlarında, 9,8 faizi Lənkəranda, 8,1 faizi isə Abşeron yarımadasında qeydə alınıb.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Lənkəran, Salyan, Yevlax, Neftçala, Cəlilabad, Kürdəmir, Samux, Abşeron, Ağstafa, Göyçay rayonlarında yoluxma halları digər rayonlara nisbətən çoxdur. Yevlaxda 83 yoluxma faktı qeydə alınıb, bu da ümumi yoluxma hallarının 2,1, aktiv halların 6 faizə qədərini təşkil edir. Bu, onu göstərir ki, vətəndaşlar qətiyyən arxayınlaşmamalı, tibbi qurumlar isə fəaliyyətini gücləndirməlidirlər.

Oxunma sayı 177