Yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram - Vətəndaşlar Prezidentə yazırlar

16:32 23.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunun Məşədiqaralar kəndindən Nəsimi Süleymanov:

“Hörmətli cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün göstərdiyiniz səylərə görə təhsil işçisi olaraq ziyalılar adından və şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirirəm. Xüsusən də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr təqdirəlayiqdir. Cənab Prezident, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi və ailənizi qorusun!”.

Gədəbəy rayonunun Əyrivəng kəndindən Altay Əsgərov:

“Hörmətli cənab Prezident, bütün respublikamızda, o cümlədən Gədəbəydə aparılan abadlıq-quruculuq işlərinə görə Sizə təşəkkür edirəm. Uzun müddət idi ki, sakinlərimiz yanacaq və işıq sarıdan əziyyət çəkirdi. Artıq bu çətinliyimiz aradan qaldırılır. Hazırda 3000 sakini, 17 şəhidi olan, sərhəd bölgəsində yerləşən Arıqıran və Əyrivəng kəndlərində təbii qaz xəttinin çəkilişinə və elektrik xətlərinin, transformatorların dəyişdirilməsinə başlanılıb.

Cənab Prezident, bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası səbəbindən yaranmış böhrana, iqtisadi və maliyyə çətinliyinə baxmayaraq, Siz diqqət və qayğınızı biz sakinlərdən yenə də əsirgəmədiniz. Hər bir Azərbaycan vətəndaşına, o cümlədən bizlərə göstərdiyiniz diqqət qayğıya görə Əyrivəng kəndinin bütün sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Azərbaycanımızı, Sizi və ailənizi qorusun!”.

Bakının Binəqədi rayonundan Rüfət Rəşidov:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bu gün bəşəriyyəti ağır sınaq qarşısında qoyaraq dünyanı təhdid edən COVID-19 pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün verdiyiniz qətiyyətli göstərişləriniz bizi əmin etdi ki, xalqımız bu virusdan az zərərlə qurtulacaq. Sizin COVID-19 pandemiyası dövründə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, məni də qürurlandırdı və ruhlandırdı. Sizin Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə birlikdə etdiyiniz kömək sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiyadan az itkilərlə çıxarmağa zəmin yaradır.

Möhtərəm cənab Prezident, əhaliyə göstərilən dəstək, verilən yardımlar və açılan yeni maska istehsalı müəssisəsi sübut edir ki, Siz həqiqətən də bu xalqa və Azərbaycana gərəksiniz. Bütün bu uğurlu işlərinizə görə şəxsən öz adımdan və ailəmin adımdan Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildirir, bu şərəfli və çətin yolda sizlərə uğurlar arzulayıram”.

Oxunma sayı 114
Siyasət rubrikasından digər xəbərlər