“Yumşalmaya tədricən getməliyik” - Prezidentin köməkçisi

17:06 03.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır. 
 
Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, hazırda ölkə üzrə müsbət dinamika davam edir:

"Əldə etdiyimiz bu nəticələr 21 iyundan etibarən tətbiq edilən sərt karantin rejiminin nəticələridir. Müsbət dinamikanı davam etdirmək üçün yumşalmaya tədricən getməliyik. Çünki dünya ölkələrindəki praktika göstərir ki, yumşalmaya getdikcə, yoluxmaların artımı gözlənilir. Ona görə də hər birimiz fərdi məsuliyyətimizi davam etdirməliyik".

H.Hacıyev deyib ki, iqtisadi vəziyyət nəzərə alınmaqla sahibkarlara birdəfəlik maddi yardımın verilməsi nəzərdən keçirilir.
Oxunma sayı 1123
Siyasət rubrikasından digər xəbərlər