“Elə danışırsınız, elə bil skuter sürürsünüz” - Spiker

16:20 29.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Skuterlərin sürəti 60 km saat çərçivəsindədir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov deyib.

Deputat bildirib ki, bu gün şəhərdə skuterlərdən istifadə olunur:

“Skuter sürənlər də yol hərəkəti qaydalarına əməl etmirlər. Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının taxılması məcburiyyəti gətirilib. Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda skuterlər artan templə yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.

Sədr Sahibə Qafarova skuterin sürətinin göstəricisi olub-olmaması ilə maraqlanıb:

“Elə danışırsınız, elə bil skuter sürürsünüz”.

Oxunma sayı 1497