Mənzildən kişi meyiti tapılıb

09:38 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən kişi meyiti tapılıb.

 

Hafta.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Həsənov İlqar Salamat oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 24