Peyvənd olunanların sayı açıqlanıb

17:05 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 060 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 358, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 969 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 806 373, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 110 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 605 616, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 089 819 təşkil edir.

Oxunma sayı 23