Yazını böyüt
Yazını kiçilt
Rusiyanı tərk edən xarici şirkətlərin məbləği 36 milyard dollar civarındadır. Bu da o deməkdir ki, 36 milyard dollar ölkədən gedib.
Hafta.az-ın yazdığına görə, bu fikirlər “Moskovskiy Komsomolets” qəzetinə danışan BKF-nin analitiki Maksim Osadçiyə məxsusdur.
Osadçiy bildirib ki, Ukraynaya qarşı müharibə başlayandan sonra Rusiyadakı aktivlərini satan xarici şirkətlər satışdan qazandıqları bu məbləği xaricə köçürüblər.
Osadçiy Mərkəzi Bankının məlumatına əsaslanaraq deyib ki, son bir ildə 200-ə yaxın belə aktiv satılıb. Analitik onu da bildirib ki, bu satışların milli səviyyədə təsiri məhduddur, çünki əksər sövdələşmələrdə istehsal lisenziyaları və patentlər qorunur.