Xocalı ərazisində "Artsaxda 100 ev" qanunsuz layihəsi

19:16 04.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qarabağda Rusiya hərbçilərinin himayəsində bəslənən separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan Xocalı rayonunun "Dəhrav" adlandırılmış Dəhrəz kəndi ərazisinə  baş çəkib və "Artsaxda 100 ev" qanunsuz layihəsinin icrası ilə tanış olub.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Məlumata görə, separatçı rejim "Artsax Life" fondu ilə birgə həyata keçirilən layihəyə daha çox dəstək verəcək.

A.Arutyunyan Xocalı rayonunun Qarakötük kəndi yaxınlığında yeni istifadəyə verilmiş "İlis"  su anbarına da baş çəkib. Bu layihə sayəsində 300 hektardan çox sahə suvarılmağa başlanıb. 

A.Arutyunyan həmçinin "Sovetarx" suvarma sisteminin tikintisi probleminin də həll olunacağını, bunun sayəsində  2000 hektardan çox ərazisinin suvarma suyu ilə təmin olunacağını söyləyib. O, qeyd edib ki, Sovetarxın əsas su təchizatı və supaylayıcı hovuzları bir neçə həftə əvvəl istifadəyə verilib. 

Separatçı rejim başçısı “Qarabağı ermənilərinki kimi saxlamaq üçün” bundan sonra da "irimiqyaslı layihələr haqqında danışmağa davam edəcəyinə söz verib".

Oxunma sayı 626
Siyasət rubrikasından digər xəbərlər