"İsrail məqsədlərinə nail ola bilmədi" - İran Prezidenti

23:00 24.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi.

Hafta.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.

“Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.

Onun sözlərinə görə, ordunun cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı bu avantüra baha başa gəldi.