"Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil" - İlham Əliyev

22:21 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

"Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır", - deyə Prezident İlham Əliyev bildirib.

Oxunma sayı 38
Siyasət rubrikasından digər xəbərlər