"Qarabağ" bu gün "Sürix"lə cavab matçına çıxır

09:21 27.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Hafta.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrədə "Sürix"lə qarşılaşacaq. "Letsiqrund" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.

Bakıda baş tutan ilk qarşılaşmada "köhlən atlar" rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

 

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi, cavab oyunu

21:00. "Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)

Sürix, "Letsiqrund" stadionu.

İlk oyun - 2:3

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzun komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

Oxunma sayı 105
Peşə etikası rubrikasından digər xəbərlər