2,6 ton skif qızılı Ukraynaya qaytarıldı

09:15 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Niderland bir vaxtlar Krımdakı muzeylərdə nümayiş etdirilən skif qızılı kimi tanınan arxeoloji əsərləri Ukraynaya qaytarıb.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, bu barədə Ukrayna gömrüyünün bəyanatında deyilir.

Ümumilikdə 2694 kiloqram ağırlığında tarixi əsərlər daşıyan yük maşınının Kiyevdəki Mağaralar Monastırına daxil olduğu bildirilir.

Skif qızılları 2014-cü ilin fevralında Krımdan Amsterdama qaçaqmalçılıq yolu ilə gətirilib. TASS agentliyi xatırladıb ki, o vaxt Krım hələ Rusiya tərəfindən işğal olunmamışdı. Krımın Rusiyanın nəzarətinə keçməsindən sonra Niderlandda əsərlərin kimə qaytarılacağı ilə bağlı müzakirələr başlayıb. Nəhayət, Niderland Ali Məhkəməsi qızılların Ukraynaya qaytarılması barədə qərar çıxarıb.

Oxunma sayı 160