4 aylıq körpə pəncərədən yıxılıb ÖLDÜ

14:30 26.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

Doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.