5 sərhəd pozucusu zərərsizləşdirilib, 2 nəfər yaralanıb

12:39 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sahil Mühafizəsində Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib.

 

Hafta.az xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib.

 

DSX rəsmisi qeyd edib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

Oxunma sayı 102