514 milyon illik "plastik torba" meduzaların təkamülünə işıq salır

11:03 07.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Alimlər nəsli kəsilmiş, “plastik torbaya” bənzəyən növü müəyyən ediblər. Təxminən 514 milyon il əvvəl yaşamış bu canlı, meduza və ilbiz kimi qohumlarının təkamülünə işıq salır.

Hafta.az-ın “Popular Science”a istinadən yazdığına görə, onurğasız heyvanları əhatə edən mollyusk budağı, tərkibində meduza, ilbizlər, şlaklar və mürəkkəbbalığı kimi bir çox fərqli canlı var.

Təxminən 530 milyon il əvvəl baş vermiş bu şaxələndirmə çox sürətlə baş verdiyi üçün çoxlu fosil qalıqlarına rast gəlinmir. Bu, mollyuskaların təkamül prosesini başa düşməyi çətinləşdirir.

Alimlər Çinin Yunnan əyalətində yeni mollyuska növünün fosilləşmiş nümunələrini aşkar ediblər. Tədqiqatçılar Shishania aculeata adlandırdıqları növün mollyuskaların təkamülünün çox erkən mərhələsində yaşadığını düşünürlər.

Kəşfi edən Guangxu Zhang, fosillərin daha əvvəl gördüklərindən fərqli olduğunu söyləyir və əlavə edir:

Kiçik çürüyən plastik torbaya bənzədiyi üçün əvvəlcə onu “plastik torba” adlandırdım. Bu fosillərdən daha çoxunu tapıb laboratoriyada analiz edəndə bunun bir mollyuska olduğunu anladım.

Təxminən 514 milyon il əvvələ aid edilən fosillərin bir çox molyuskda görülən qabığın olmadığı təyin olunub.

Elm adamları Şişaniyanın sünbüllərlə örtülmüş konusvari zirehə malik olduğunu da müəyyən ediblər. Bu zireh heyvanın bir neçə santimetr uzunluğunda olan bədəninin aşağı hissəsini örtmürdü.

Fosil nümunələrinin tərs halda qorunduğunu müşahidə edən qrup heyvanın şlak kimi əzələli bir ayağı olduğunu düşünür. Şişaniya yəqin ki, bu orqandan dəniz dibində gəzmək üçün istifadə edib.

Tədqiqatçılar heyvanın onurğalarında diametri millimetrin 100-dən az olan kanalları müəyyən ediblər. Onların bazasında hüceyrə çıxıntılarının konusları ifraz etdiyi aşkarlanıb.

Komandanın 3D printerlə müqayisə etdiyi bu ifrazatlar Shishania-nın ehtiyac duyduğu hissələrin istehsalını təmin edib.

Oksford Universitetindən Luk Parri həmmüəllifi olduğu araşdırma haqqında "Şişaniyanın bədənini əhatə edən konusvari sünbüllərin içərisində mikroskopik detallar tapdıq və onların sağ ikən necə ifraz olunduğunu göstərdik" deyib.

Tədqiqatçılar bildirirlər ki, yeni növ mollyuskaların tarixi haqqında dəyərli məlumatlar verir. Parri tapıntıları aşağıdakı kimi qiymətləndirir: “Şişaniya bizə molyusk təkamülündə çox az fosilimiz olan bir dövr haqqında unikal bir perspektiv verir. Müasir ilbizlərdə və taraklarda gördüyümüz qabıqların təkamülündən əvvəl ən erkən mollyuska əcdadlarının tikanlı zirehlərlə örtülmüş şlaklar olduğunu göstərir”.