585 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib

18:26 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 521 nəfər müalicə olunaraq sağalıb, 7983 nəfər vəfat edib, aktiv xəstə sayı 23 469 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 385, ötən müddət ərzində isə ümumilikdə 5 608 158 test aparılıb.

Oxunma sayı 45