İbrahim Tatlısəs: "Sol əlim işləmir, amma..."

23:49 30.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli müğənni İbrahim Tatlısəs səhhəti barədə danışıb.

 

 

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qüdsdə konsert verən 70 yaşlı sənətçi pərəstişkarlarıyla söhbət etdiyi zaman "Sol əlim işləmir, amma dilim danışır. Dualarınızla ayaqüstəyəm" söyləyib.

Qeyd edək ki, Tatlısəs 14 mart 2011-ci ildə axşam saatlarında İstanbulun Şişli bölgəsində güllələnib. Sənətçi və köməkçisi Buket Çakıcı naməlum avtomobildən atəşə tutulub. İbrahim Tatlısəs başından, köməkçisi qarın nahiyəsindən güllə yarası alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. İki dəfə əməliyyat olunan müğənninin vəziyyəti uzun müddət ağır olub.

Oxunma sayı 214