İdmançımız parapauerliftinq üzrə Açıq Avropa Çempionatında qalib olub

21:43 25.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parapauerliftinq üzrə Açıq Avropa Çempionatı keçirilib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Komitəsin parapauerliftinq üzrə milli komandasının üzvü Zəhra Dadaşova 50 kiloqram çəki dərəcəsində böyüklər arasında Açıq Avropa Çempionatının, eyni zamanda, Regional Avropa Çempionatının qalibi olub.

Zəhra Dadaşovanın ən yaxşı nəticəsi 66 kiloqram, ümumi göstəricisi isə 126 xal olub.

Oxunma sayı 2510