İki cüdoçumuz olimpiadada mübarizəni dayandırıb - “Tokio-2020”

09:50 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tokioda Azərbaycan komandasının da qatıldığı Yay Olimpiya Oyunları davam edir.

Hafta.az xəbər verir ki, onaltıdabir finaldan mübarizəyə qoşulmuş cüdoçumuz Kəramət Hüseynov (60 kq) Eşli Makkenzi (Böyük Britaniya) üzərində qələbə qazansa da, səkkizdəbir finalda gürcüstanlı Luxumi Çxvimianiyə məğlub olaraq mübarizəni dayandırıb.

Digər təmsilçimiz Aişə Qurbanlı (48 kq) isə startda Katarina Kostaya uduzub.

Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 9 idmançı ilə təmsil olunur. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.

Oxunma sayı 443