İllərlə kitabı çıxmayanlar Yazıçılar Birliyindən niyə uzaqlaşdırılmır - SƏBƏB

16:14 05.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yazıçılar Birliyinin 2000 üzvünün 30-40 faizini gənclər təşkil edir. Bu barədə Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza hafta.az-a açıqlamasında bildirib. Həmçinin sədr birliyə qəbul qaydalarına da toxundu:

“İllərlə kitabı çıxmayan yazıçının uzaqlaşdırılması kimi bir kriteriyamız yoxdur. Birliyə qəbul komissiyası və xüsusi qaydaları var. Heç kimdən tələb edilmir ki, hər il kitab çap edəsən. Elə bir qayda yoxdur. Yazıçılar Birliyi könüllü təşkilatdır. Bura üzv olmaq da könüllü istəklə bağlıdır. Qəbul olunan zaman yazıçıların qarşısına qoyulan bəzi şərtlər var. Bunlardan biri də dövrü mətbuatda çap olunması, ən azı 2 kitabının olması, 3 zəmanət və s. Bundan sonra birlik tərəfindən dəyərləndirmə aparılır”.

Oxunma sayı 26