Böyük Britaniyada əsgərlər düşmənin pilotsuz təyyarələrini vurmaq üçün yüksək tezlikli radio dalğalarından istifadə edən yeni silahı sınaqdan keçiriblər.
Hafta.az-ın yazdığına görə, radiotezlikli idarə olunan enerji silahı bir kilometrə qədər məsafədə qurudan, havadan və dənizdən gələn bir sıra təhlükələri aşkar etmək, izləmək və məhv etmək üçün nəzərdə tutulub.
Böyük Britaniyanın Müdafiə Təchizatları və Sənayesi üzrə Dövlət Katibi Maria Eagle, bu silahın "böyük oyun dəyişdiricisi ola biləcəyini" söylədi.
Ukraynadakı müharibə və husilərin Qırmızı dənizdəki gəmilərə hücumları, ucuz başa gələn hücumların necə dağıdıcı təsirlərə malik ola biləcəyini göstərdi.
Silahın üstünlüyü ondan ibarətdir ki, zenit raketləri kimi adi silahlar vurmağa çalışdıqları pilotsuz uçan aparatın dəyərindən qat-qat baha başa gələ bilsə də, radio tezliyi ilə idarə olunan enerji silahının dəyəri çox aşağıdır.
Yüksək tezlikli dalğalar pilotsuz nəqliyyat vasitələri kimi hədəflərin içərisində mühüm elektron komponentləri sıradan çıxarır və ya məhv edir, onların dayanmasına və ya qəzaya uğramasına səbəb olur.