İran Amerikanı Yaxın Şərqdəki bazalarını vurmaqla hədələdi...

17:48 28.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Vaşinqton İrana qarşı yeni nüvə sazişi olmadığı halda hərbi əməliyyat təhdidlərinə əməl edərsə, Tehran regiondakı Amerika bazalarını vurmağa hazırdır.

Hafta.az yəhudi mediasına istinadla xəbər verir ki, nunu İran parlamentinin spikeri Məhəmməd Qalibaf deyib.

Xatırladılır ki, bu ay ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərdiyini və orada bildirmişdi:

“İranla rəftarın iki yolu var: ya hərbi yolla, ya da razılaşma yolu ilə” .

Qalibaf xəbərdarlıq edib:

"Amerikalılar İranın müqəddəs yerlərinə təcavüz etməyə cəsarət etsələr, bütün region arsenaldakı qığılcım kimi alovlanacaq. Nə onların bazaları, nə də müttəfiqlərinin bazaları təhlükəsiz qalacaq".

Qeyd edilir ki, bir müddət əvvəl Xamneyi Trampın mesajını “ağıllı hiylə” adlandırıb, İranın xarici işlər naziri Abbas Əraqçi isə Vaşinqtonun “maksimum təzyiq” siyasətinə əməl etdiyi müddətdə danışıqların mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, İran Trampın məktubunu diqqətlə öyrənib və Oman vasitəsilə “lazımi cavab” göndərib.