İran bu səhər İsrailə 40-a yaxın raket atdı… - 8 nəfər öldü…

13:28 16.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İran iyunun 16-da səhər saatlarında İsrailə 40-a yaxın raket zərbəsi endirib. Beləliklə, hərbi münaqişə başlayandan bəri İran İsrailə 350-dən çox raket atıb.

Hafta.az bu haqda yəhudi saytlarına istinadla xəbər verir.

Son hücum  zamanı İsrailin mərkəzi və şimalına raketlər düşüb.

Petah-Tikvada yüzlərlə kiloqram partlayıcı daşıyan raketin yaşayış binasında qorunan iki otaq (məmədlər) arasındakı divara dəyməsi nəticəsində 4 nəfər həlak olub.

Hayfada 3 nəfərin öldüyü bildirilir. Onlar meyitləri tapılana qədər itkin düşmüş hesab ediliblər.

Bney-Brakda binanın uçması nəticəsində bir nəfər ölüb.