İran ən azı 10 atom bombası hazırlamaq gücündədir

09:40 02.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın son üç ayda nüvə fəaliyyətləri ilə bağlı hesabatında xəbərdarlıq edib ki, Tehran 10 nüvə bombası istehsal etmək gücünə yaxınlaşır.

Hafta.az-ın yazdığına görə, MAQATE-nin dünən dərc etdiyi hesabatda qeyd olunub ki, Tehran istəsə, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı 10 nüvə bombasının nüvəsini formalaşdırmaq üçün sürətləndirilə bilər. Hesabata görə, ehtiyat son üç ayda təqribən 50 faiz artarkən, istehsal sürəti isə yüzdə 60 artaraq hərbi istifadə səviyyəsinə yaxınlaşıb. Hesabatda yazılıb ki, İran dəfələrlə MAQATE-nin suallarına məhəl qoymayıb və ya inandırıcı cavablar verə bilməyib. İran dörd nüvə obyektində, ilk növbədə, Lavisan-Şian, Veramin və Turquzabaddakı üç obyektdə tədqiqat fəaliyyətinə mane olub və bu barədə əvvəllər xəbərdar etməyib.

Digər tərəfdən, İsrail hesabatın İranın nüvə proqramının sülhməramlı olmadığını göstərdiyini müdafiə edib. İsrailin baş naziri Benyamin Netanyahu “beynəlxalq ictimaiyyəti İranı dayandırmaq üçün təcili tədbirlər görməyə” çağırıb.