İran ictimaiyyəti Seçki Qərargahının açıqlamasını gözləyir 

11:37 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda keçirilən prezident seçkiləri başa çatıb. Seçki Qərargahının verdiyi məlumata görə, əhalinin seçkilərdə iştirakını tam təmin etmək məqsədilə səsvermə prosesinin vaxtı iki dəfə uzadılıb.

Hafta.az xəbər verir ki, Seçki Qərargahı saat 22:00-da yekunlaşmalı olan səsvermə prosesini 00:00-dək, daha sonra isə 02:00-dək uzadıb.

Hələlik seçkidə iştirak edənlərin sayı və hansı namizədin daha çox səs qazanması barədə rəsmi məlumat verilməyib.

Bəzi yerli və xarici müşahidəçilər seçkilərdə 30 milyona yaxın insanın iştirak etdiyini bildirirlər.

Qanuna əsasən, bu gün saat 12:00-da Seçki Qərargahı açıqlama verərək, dəqiq rəqəmləri ictimaiyyətin diqqətinə çatdırmalıdır.

Oxunma sayı 334