İran Rusiyadan “Su-35” qırıcılarının bir partiyasını alıb... - “SEPAH” generalı

17:47 27.01.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) generalı Əli Şadmani bildirib ki, İran Rusiyaya məxsus Su-35 qırıcı təyyarələrinin bir partiyasını alıb, 

Hafta.az xəbər verir ki, bu haqda İranın “Entekhab” agentliyi məlumat yayıb.

Lazım gəldikdə biz hava, quru və dəniz qüvvələrimizi gücləndirmək üçün hərbi alışlar edirik.

“Su-35” 4++ nəsil çoxməqsədli yüksək manevr qabiliyyətinə malik qırıcıdır. Təyyarə hava-yer və yer- hədəflərini, zenit sistemləri ilə qorunan və xeyli məsafədə yerləşən infrastruktur obyektlərini məhv etmək üçün nəzərdə tutulub.