İranda 79 nəfər koronavirusdan öldü 

17:00 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 3 514 nəfər koronavirusa (COVID-19) yoluxub, 79 nəfər ölüb.

 

Hafta.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 130 356 nəfərə, yoluxanların sayı isə 6 141 335 nəfərə çatıb. Virus daşıyıcılarından 3 213 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 

 

İranda indiyədək 5 936 975 nəfər koronavirusdan sağalıb, 39,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 108 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,57 milyon təşkil edir.

Oxunma sayı 36