İranda təxminən 3 milyon insan “tək” yaşayır

09:15 28.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Strateji Əhali Araşdırmaları Mərkəzinin prezidenti Salih Qasımi təxminən 85 milyon əhalisi olan İranda ev təsərrüfatlarının və tək yaşayanların sayı barədə məlumat verib.

Hafta.az-ın “Hamshahrionline” xəbər saytına istinadən yazdığına görə, sosial elmlər üzrə ekspert Qasımi, "İranda ev təsərrüfatlarının sayı təxminən 25 milyondur və 3 milyona yaxın insan tək yaşayır" deyib. O bildirib ki, son illər bəzi gənclər iqtisadi problemlər səbəbindən ailələrinə qayıtsalar da, qeyd edilən sayda azalma müşahidə olunmayıb.

“Ailə” dedikdə qohumluq əlaqələrinin olub-olmamasından asılı olmayaraq eyni ünvanda yaşayan icmalar başa düşülür.

Oxunma sayı 169