İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində yaralıların sayı 973 nəfər çatıb.
Hafta.az yerli mətbuata istinadən bildirir ki, İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü deyib.
*** 11:35
Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 nəfər yaralanıb.
Hafta.az-ın məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadeq Motəmedian jurnalistlərə açıqlamasında deyib.
M.Motəmedianın sözlərinə görə, yaralılardan 60 nəfəri Xoy rayonu xəstəxanalarında, 64 nəfəri isə Salmas rayonu xəstəxanalarında müalicə alırlar. Qalan yaralılar isə müalicə olunaraq evə buraxılıb.
Qeyd edək ki, ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 7 km dərinlikdə 5,9 bal gücündə zəlzələ baş verib. Xoy rayonunda indiyədək 35 yeraltı təkan qeydə alınıb.
*** 09:55
İranda zəlzələ nəticəsində 3 nəfər ölüb.
Hafta.az xəbər verir ki, Xoy şəhərində baş verən güclü zəlzələdə 3 nəfər ölüb, 500-dən çox adam xəsarət alıb. 15 yaşayış məntəqəsində 300-dən çox ev zədələnib.
***
İranda 6,1 bal gücündə zəlzələ olub.
Hafta.az xəbər verir ki, zəlzələ İranın Xoy şəhərində baş verib. Bildirilir ki, zəlzələdən sonra insanlar Xoy, Maku, Bazərqan və digər şəhərlərdə küçələrə çıxıblar.
Yeraltı təkanlar Təbriz və Urmiyada, eləcə də Ermənistanda da güclü hiss olunub.