İranın ABŞ aviabazasına endirdiyi zərbədə heç bir itki qeydə alınmayıb

22:54 23.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Qətərdəki Amerikanın Əl-Udeid aviabazasına endirdiyi zərbə nəticəsində ABŞ hərbçiləri arasında heç bir itki qeydə alınmayıb.

Hafta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” amerikalı rəsmiyə istinadla məlumat yayıb.

“İranın raket hücumu nəticəsində Qətərdəki Amerika hərbçiləri arasında hər hansı itki qeydə almamışıq”, - məlumatda qeyd edilib.