İranın xarici işlər naziri ABŞ-la birbaşa danışıqları “mənasız” adlandırdı...

17:45 06.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ ilə birbaşa danışıqlar mənasızdır. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin məlumatına görə, bu barədə “Frans Press" agentliyi məluamta yayıb.

"Daim güc tətbiq etməklə hədələyən və müxtəlif rəsmiləri vasitəsilə ziddiyyətli mövqelər ifadə edən tərəflə birbaşa danışıqların heç bir mənası yoxdur", - agentlik xarici işlər nazirinin sözlərindən sitat gətirib.

Xatırladılır ki, martın 7-də ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edən mesaj göndərdiyini açıqlayıb. Tehran Vaşinqtonla birbaşa dialoqdan imtina edib, lakin danışıqların vasitəçilər vasitəsilə davam etdirilməsinə razılıq verib.

Martın 30-da Amerika lideri nüvə proqramı ilə bağlı danışıqların nəticə vermədiyi təqdirdə iki həftə ərzində İrana əlavə rüsumlar tətbiq edəcəyini bildirib. O, həmçinin İslam Respublikası razılaşmanı tamamilə rədd edəcəyi təqdirdə onu görünməmiş zərbələrlə hədələyib.