Ukraynanın qəhrəman İrpin şəhərinin Zərifə Əliyeva adına Humanitar "Dilçi" liseyinin bir qrup şagird və müəllim heyəti Azərbaycana gəlib.
Hafta.az yazır ki, səfər işğalın ilk günlərindən İrpenin bərpasında fəal iştirak edən və Ukraynaya dəstək istiqamətində mühüm humanitar təşəbbüslər həyata keçirən SOCAR-ın dəvəti ilə təşkil olunub.
Ukraynalı məktəblilər Azərbaycanda qaldıqları müddət ərzində Bakı, Qəbələ, Şəki və Zaqatalaya səfər edəcək, orada ölkənin mədəni irsi, onun adət-ənənələri və müasir inkişafı haqqında məlumat alacaqlar.
“Bu cür təşəbbüslər Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfədir, ukraynalı uşaqların inkişaf, istirahət və mədəniyyətlərarası ünsiyyət üçün yeni imkanlar yaradır”, - deyə Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyev öz facebook səhifəsində yazır.
Diplomat sonda SOCAR-a və azərbaycanlı tərəfdaşlara Ukraynaya dəstək və ukraynalı uşaqlara qayğı göstərdikləri üçün təşəkkür edir.